TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
923
25.12.2024, 23:11
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".
***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Bu qüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsində həyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasını diləyirik.
Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Həmçinin oxuyun
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı.
Gürcüstan Hökuməti və gürcü xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda biz qardaş Azərbaycanın yanındayıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Zati-aliləri, Sizin və dost Azərbaycan xalqının kədərini bölüşürük".
***
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.
Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".
***
Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
OXU24.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Bolqarıstan Prezidenti Rumen Radev, Pakistanın Baş naziri Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, həmçinin Səudiyyə Ərəbistanı hökuməti, bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.